Qarabağ Azərbaycan Respublikasının ən gözəl bölgələrindən biridir. Təbiəti, musiqi və geniş mənada mədəniyyəti ilə Azərbaycan tarixində xüsusi yer tutan Qarabağ tarixi miflərə uyub “Böyük Ermənistan” yaratmaq xəyalına düşən millətçilərin səyi nəticəsində Azərbaycan və erməni xalqları arasında münaqişə ocağına çevrildi. Həm münaqişənin köklərini anlamaq, həm münaqişəni söndürmək və dinc-yanaşı həyatı təmin etmək baxımından erməni və Azərbaycan xalqları tarixən bir-birini necə tanımışlar, bir-biri haqqında nə düşünmüşlər kimi suallar əhəmiyyət kəsb edirlər. Bu suallara folklor və ədəbiyyatda cavab axtarmaq mümkündür. Klassik Azərbaycan ədəbiyyatı və folklorunda digər xalqlara, o cümlədən ermənilərə qarşı heç bir aşağılayıcı fikirl...